Ana Sayfa
Bakıda WiFi xidmətləri

    Bakı ərazisində simsiz WiFi standartlı Internet xidmətləri göstəriləcəkdir. WiFi texnologiyası üzərində qurulmuş İnternetə simsiz qoşulma servisi HOTNET ticarət nişanı ilə təqdim edilir. 

    Paytaxtın müxtəlif yerlərində quraşdırılmış hot-spot şəbəkəsi bütün şəhər ərazisində WiFi standartlı simsiz Internet-ə qoşulmaq üçün şərait yaradacaqdır ki, bu da təkcə Azərbaycanda deyil, bütün regionda ilk dəfə tətbiq edilir.

    Hal-hazırda WiFi simsiz xidmətlər sahəsində ən geniş yayılmış standartlardandır. Bu gün faktiki olaraq bütün mobil qurğular – noutbuk, fərdi cib kompüteri, smartfon və mobil telefonların bəzi modelləri bu standartı dəstəkləyir. Təqdim olunan WiFi xidmətləri qeyd olunan avadanlıqların bütün istifadəçiləri üçün simsiz Internet-ə qoşulma imkanı yaradacaqdır.

    Layihənin birinci mərhələsinin həyata keçirilməsi çərçivəsində paytaxtın mərkəzi küçələrində və ictimai yerlərdə radiosiqnalın keyfiyyəti sınaqdan keçirilir.



    http://www.hotnet.az